- Formula-1
- 23:14 16.06.2025
“Red Bull” Formula 1 komandasının müşaviri Helmut Marko Avstriya kollektivinin gənc pilotu Arvid Lindblad haqqında fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "Speedweek" Markonun dediklərini belə çatdırıb.
“Arvid Lindblad Formula 2-də də əla çıxış edir. O, [Barselonada] əsas yarışı qazandı və debüt mövsümündə ikinci qələbəsini qeyd etdi. Əgər bu templə davam etsə, onu gələcəkdə Formula 1-də görə bilərik. Cəmi 17 yaşı var, amma olduqca istedadlıdır”
O, bu mövsüm “Campos” komandasında Formula 2-də debüt edib.
Altı mərhələdən sonra Arvidin aktivində 78 xal var və şəxsi təsnifatda üçüncü pillədə qərarlaşıb. Çempionata “Rodin” komandasının pilotu Aleks Dann 86 xalla liderlik edir.