- Formula-1
- 04:08 15.06.2025
“Alpin” komandasının icraçı müşaviri Flavyo Braytore Formula 1-də tətbiq edilən xərclər limiti ilə bağlı fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, "Motorsport Week" Braytorenin dediklərini belə çatdırıb.
Təcrübəli funksioner xərclərin məhdudlaşdırılmasını müsbət addım kimi qiymətləndirib: “Əlbəttə, Formula 1 çox dəyişib. Xərclər limitinin tətbiqi yaxşı ideya idi. Düşünürəm ki, bu limit saxlanmalıdır. Amma hesab edirəm ki, bu limitə pilotların maaşı da daxil edilməlidir.”
Braytore həmçinin idmanın maliyyə tərəfinə toxunaraq əlavə edib: “Hazırda Formula 1-də xərclər xeyli artıb. Amma yarışların özü eynidir. Televiziyada hələ də eyni mənzərəni görürük. Pilotlar arasındakı mübarizə dəyişməyib. Ən yaxşı sürücü yenə də qalib gəlir. Amma xərclər artıb və bunun nə biznesə, nə də şouya ciddi təsiri olub. Məncə, limit artırılmalı və pilot maaşları da bu limitə daxil edilməlidir.”