- Formula-1
- 23:14 16.06.2025
Britaniyanın nüfuzlu “The Telegraph” nəşri Formula 1-in yeddiqat dünya çempionu Mixael Şumaxeri ailə üzvlərindən başqa ziyarət etmək hüququ olan şəxslərin adlarını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, əfsanəvi alman pilotu yalnız üç nəfər – Beynəlxalq Avtomobil Federasiyasının (FIA) sabiq prezidenti Jan Todt, “Ferrari”nin keçmiş texniki direktoru Ross Braun və keçmiş Formula 1 pilotu, eyni zamanda “BMW” və “Toro Rosso” komandalarında rəhbər vəzifələrdə çalışmış Gerhard Berger ziyarət edə bilir.
Xatırladaq ki, Mixael Şumaxer 2013-cü ildə Alp dağlarında xizək sürərkən başından ağır xəsarət almış və o vaxtdan bəri ictimaiyyət qarşısında görünmür. Onun səhhəti ilə bağlı məlumatlar ailəsi tərəfindən gizli saxlanılır.