- Formula-1
- 19:43 04.12.2025
“McLaren”in pilotu Lando Norris Avstriya Qran-prisində keçirilən sıralanma turunun qalibi olub.
90deqiqe.Az xəbər verir ki, Britaniyalı sürücü 1:03.971 nəticə ilə bütün rəqiblərini qabaqlayıb.
İkinci yeri “Ferrari”nin pilotu Şarl Lekler tutub. O, liderdən 0.521 saniyə geri qalıb. İlk üçlüyü “McLaren”in digər pilotu Oskar Piastri tamamlayıb — +0.583.
Dördüncü yerdə “Ferrari”nin heyətində yarışan yeddiqat dünya çempionu Lyuis Həmilton qərarlaşıb. “Mercedes”in sürücüsü Corc Rassel beşinci, “Racing Bulls”dan Liam Lavson isə altıncı olub.
Mövsümün dördqat və hazırkı çempionu, “Red Bull” pilotu Maks Ferstappen isə sıralanma turunu yalnız yeddinci sırada başa vurub.
Ən yaxşı onluq belə formalaşıb:
Lando Norris (“McLaren”) — 1:03.971
Şarl Lekler (“Ferrari”) +0.521
Oskar Piastri (“McLaren”) +0.583
Lyuis Həmilton (“Ferrari”) +0.611
Corc Rassel (“Mercedes”) +0.792
Liam Lawson (“Racing Bulls”) +0.955
Maks Ferstappen (“Red Bull”) +0.958
Qabriel Bortoletto (“Kick-Sauber”) +1.161
Andrea Kimi Antonelli (“Mercedes”) +1.305
Pyer Qasli (“Alpine”) +1.678
İkinci sessiyadan sonra sıralanmanı tərk edənlər:
Fernando Alonso (“Aston Martin”) — 1:05.128
Aleksandr Albon (“Williams”) — 1:05.205
İsak Hacar (“Racing Bulls”) — 1:05.226
Franko Kolapinto (“Alpine”) — 1:05.288
Oliver Berman (“Haas”) — 1:05.312
Birinci sessiyada mübarizəni dayandıranlar:
Lens Stroll (“Aston Martin”) — 1:05.329
Esteban Okon (“Haas”) — 1:05.364
Yuki Tsunoda (“Red Bull”) — 1:05.369
Karlos Sayns (“Williams”) — 1:05.582
Niko Hülkenberq (“Kick-Sauber”) — 1:05.606