- Formula-1
- 19:43 04.12.2025
“Mercedes”in pilotu Corc Rassel Avstriya Qran-prisinin sıralanma mərhələsinin üçüncü seqmentində baş vermiş insidentə görə yarışın stüardları tərəfindən dinləməyə çağırılıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə “Formula 1”in rəsmi kanalları məlumat yayıb.
Məlumata görə, Rassel son cəhdinə başlamazdan əvvəl pit-leynə daxil olarkən digər sürücülər üçün kifayət qədər yer saxlamayıb. Bu isə yarış direktorunun təlimatlarının pozulması kimi qiymətləndirilir.
Qeyd edək ki, britaniyalı pilot sıralanma turunu beşinci nəticə ilə başa vurub. Lakin qərar təsdiqlənsə, onu start cərgəsində bir və ya üç pillə geriləmə cəzası gözləyə bilər.
Sıralanma mərhələsinin qalibi “McLaren”in sürücüsü Lando Norris olub. “Ferrari” pilotu Şarl Lekler ikinci, dünya çempionatının lideri Oskar Piastri isə üçüncü nəticəni göstərib.