15 iyul 2025. Çərşənbə axşamı

“Hər şey planlaşdırdığım kimi alındı, bu çox xoş hissdir”


  • Formula-1
  • 20:19 28.06.2025
  • Oxunma sayı: 128
“Hər şey planlaşdırdığım kimi alındı, bu çox xoş hissdir”

“McLaren”in britaniyalı pilotu Lando Norris Avstriya Qran-prisində qazandığı pouldan sonra təəssüratlarını bölüşüb.

90deqiqe.Az xəbər verir ki, “Sky Sports” təcrübəli pilotçunun dediklərini belə çatdırıb.

“Əla dövrə oldu, bu mübahisəsizdir! Final sessiyasında ilk dövrəm pis deyildi, amma bir neçə nöqtədə daha yaxşı ola biləcəyimi bilirdim. İkinci dövrədə məhz bunu etdim. Planlaşdırdığım kimi hər şeyi yerinə yetirdim və bu alınanda nəticə çox gözəl olur. Məmnunam. Əla gündür, ümumilikdə isə həftəsonu indiyədək mənim üçün yaxşı keçir. Bu tempi qorumağa çalışacağıq.”

Norris bildirib ki, xüsusilə sıralanma turlarında əvvəllər çətinliklər yaşadığını nəzərə alsaq, belə bir dövrəni göstərmək onun üçün xüsusi əhəmiyyət daşıyır:

“Daha əvvəl sıralanma turlarında çətinlik çəkirdim, ona görə bu günkü dövrə mənim üçün xüsusidir.”

Qeyd edək ki, Avstriya Qran-prisinin start düzülüşündə Lando Norrisin yanında “Ferrari”nin pilotu Şarl Lekler olacaq. “McLaren”in digər sürücüsü və çempionat lideri Oskar Piastri isə üçüncü yerdən start alacaq.







Formula-1