16 iyul 2025. Çərşənbə

FIA 2026-cı il Formula 1 mövsümünün yenilənmiş təqvimini açıqladı - Bakı Qran-Prisinin tarixi dəyişdirildi


  • Formula-1
  • 23:50 30.06.2025
  • Oxunma sayı: 126
FIA 2026-cı il Formula 1 mövsümünün yenilənmiş təqvimini açıqladı  - Bakı Qran-Prisinin tarixi dəyişdirildi

Beynəlxalq Avtomobil Federasiyası (FIA) 2026-cı il Formula 1 mövsümünün yenilənmiş təqvimini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, əsas dəyişikliklərdən biri Azərbaycan Qran-Prisinin tarixindədir — yarış bu dəfə 24–26 sentyabr tarixlərində keçiriləcək. Tarix dəyişikliyi ölkədəki milli bayramla əlaqədardır.

2026-cı ildə mövsümöncəsi testlər üç mərhələdə təşkil olunacaq. Birinci test 26–30 yanvar tarixlərində İspaniyanın Barselona şəhərində qapalı formatda keçiriləcək. Sonrakı iki test isə 11–13 və 18–20 fevral tarixlərində Bəhreynin Səxir trasında baş tutacaq.

2026-cı il üçün yenilənmiş Formula 1 təqvimi belədir:
6–8 mart — Avstraliya, Melburn

13–15 mart — Çin, Şanxay

27–29 mart — Yaponiya, Suzuka

10–12 aprel — Bəhreyn, Səxir

17–19 aprel — Səudiyyə Ərəbistanı, Ciddə

1–3 may — ABŞ, Mayami

22–24 may — Kanada, Monreal

5–7 iyun — Monako

12–14 iyun — İspaniya, Barselona

26–28 iyun — Avstriya, Şpilberq

3–5 iyul — Böyük Britaniya, Silverstoun

17–19 iyul — Belçika, Spa

24–26 iyul — Macarıstan, Budapeşt

21–23 avqust — Niderland, Zandvort

4–6 sentyabr — İtaliya, Monza

11–13 sentyabr — İspaniya, Madrid

24–26 sentyabr — Azərbaycan, Bakı

9–11 oktyabr — Sinqapur

23–25 oktyabr — ABŞ, Ostin

30 oktyabr – 1 noyabr — Meksika, Mexiko

6–8 noyabr — Braziliya, San-Paulu

19–21 noyabr — ABŞ, Las-Veqas

27–29 noyabr — Qətər, Lusail

4–6 dekabr — BƏƏ, Yas Marina

Yenilənmiş təqvimdə ümumilikdə 24 Qran-Pri yer alıb. Mövsüm Avstraliyada start götürəcək və dekabrın əvvəlində Əbu-Dabidə başa çatacaq.







Formula-1