14 dekabr 2025. Bazar günü

Donçev Mizano mərhələsində dəhşətli qəzaya düşüb - VİDEO


  • Formula-1
  • 23:58 20.07.2025
  • Oxunma sayı: 191
Donçev Mizano mərhələsində dəhşətli qəzaya düşüb - VİDEO

GT World Challenge Europe seriyasının Mizano mərhələsində keçirilən yarış zamanı bolqarıstanlı pilot Georgi Donçev ciddi qəza ilə üzləşib.

90deqiqe.Az-ın məlumatına görə, “Lamborghini” markalı avtomobillə yarışan Donçev 991 nömrəli ekipajın pilotlarından biri – britaniyalılar Daren Lonk və Den Harperlə yaşanan təmasdan sonra idarəetməni itirərək qoruyucu baryerə çırpılıb. Toqquşmadan dərhal sonra Donçevin avtomobili alovlanıb və yarış qırmızı bayraqla dayandırılıb.

Qəzanın şiddətinə baxmayaraq, pilot ciddi xəsarət almayıb və avtomobili özü tərk edib.

Yarışı “BMW” komandasının heyətində çıxış edən Rafaele Marçello və motosiklet yarışlarının canlı əfsanəsi Valentino Rossi qazanıblar. İkinci yeri isə Alessio Rovera və Vinsent Abrilin yer aldığı ekipaj tutub.







Formula-1

FIA-nın yenidən rəhbəri oldu
  • Formula-1
  • 22:21 12.12.2025
FIA-nın yenidən rəhbəri oldu