9 dekabr 2025. Çərşənbə axşamı

Lando Norris Macarıstan Qran-prisinin qalibi oldu


  • Formula-1
  • 19:12 03.08.2025
  • Oxunma sayı: 172
Lando Norris Macarıstan Qran-prisinin qalibi oldu

Formula 1 üzrə Macarıstan Qran-prisinin qalibi “McLaren” komandasının pilotu Lando Norris olub.

90deqiqe.Az-ın məlumatına görə, bu, britaniyalı sürücünün mövsümdə qazandığı önəmli uğurlardan biridir.

Yarışda ikinci yeri onun komanda yoldaşı Oskar Piastri tutub. Beləliklə, “McLaren” mövsüm ərzində ilk dəfə olaraq finişi iki pilotla ön sıralarda tamamlayıb. Üçüncü pillədə isə “Mercedes”in sürücüsü Corc Rassell qərarlaşıb.

“Red Bull” komandasının dördqat və hazırkı dünya çempionu Maks Verstappen yalnız doqquzuncu yeri tuta bilib. Yeddiqat dünya çempionu, “Ferrari”nin pilotu Lüis Həmilton isə bu dəfə 12-ci yerdə qərarlaşıb.

Macarıstan Qran-prisinin yekun nəticələri:

  1. Lando Norris (“McLaren”) — 70 dövrə

  2. Oskar Piastri (“McLaren”) +0.698

  3. Corc Rassell (“Mercedes”) +21.916

  4. Şarl Lekler (“Ferrari”) +42.560

  5. Fernando Alonso (“Aston Martin”) +59.040

  6. Qabriel Bortoleto (“Kick-Sauber”) +1:06.169

  7. Ləns Stroll (“Aston Martin”) +1:08.174

  8. Liam Lawson (“Racing Bulls”) +1:09.451

  9. Maks Verstappen (“Red Bull”) +1:12.645

  10. İsak Hacjar (“Racing Bulls”) +1 dövrə

  11. Andrea Kimi Antonelli (“Mercedes”) +1 dövrə

  12. Lüis Həmilton (“Ferrari”) +1 dövrə

  13. Niko Hülkenberq (“Kick-Sauber”) +1 dövrə

  14. Karlos Sayns (“Williams”) +1 dövrə

  15. Aleksander Albon (“Williams”) +1 dövrə

  16. Esteban Okon (“Haas”) +1 dövrə

  17. Yuki Tsunoda (“Red Bull”) +1 dövrə

  18. Franko Kolapinto (“Alpine”) +1 dövrə

  19. Pyer Qasli (“Alpine”) +1 dövrə

  20. Oliver Berman (“Haas”) – yarışı başa vura bilməyib.







Formula-1

Marko “Red Bull”dan ayrılacaq
  • Formula-1
  • 22:15 08.12.2025
Marko “Red Bull”dan ayrılacaq