- Formula-1
- 23:59 08.12.2025
“Ferrari” rəhbəri Frederik Vasser İngiltərəli pilot Lyuis Hemiltonun Macarıstan Qran-prisi zamanı səsləndirdiyi fikirlərə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, "GrandPrix" funksionerin dediklərini belə çatdırıb.
“Xeyr, xeyr, o, mütləq bizimlə yarışmağa davam edəcək. Biz dünən günorta, dünən axşam və bu səhər danışdıq. Mən Lyuisin reaksiyasını başa düşürəm. O, komandaya və mənə çox tələbkardır, amma ən çox özündən tələb edir. O, yeddi dəfə dünya çempionudur. Buna görə də hər kəsi, xüsusən də özünü daim irəli aparmağa öyrəşib. O, qayıdacaq və yenidən mübarizə aparacaq.”
Kvalifikasiya sonrası Hemilton “tamamilə faydasızam” və komandaya “sürücünü dəyişmək lazımdır” deyə fikirlərini ifadə etmişdi. Yarışlardan sonra isə britaniyalı idmançı sözlərinin ciddi qəbul edilməli olduğunu vurğulamışdı.