14 dekabr 2025. Bazar günü

"Ferrari" Macarıstanda ön antiqanadın aktiv idarəetmə sistemini sınaqdan keçirib


  • Formula-1
  • 17:37 09.08.2025
  • Oxunma sayı: 187
"Ferrari" Macarıstanda ön antiqanadın aktiv idarəetmə sistemini sınaqdan keçirib

Formula 1 komandası "Ferrari" Pirellinin Macarıstanda keçirilən təkər testləri zamanı ön antiqanadın aktiv idarəetmə sistemini sınayıb.

90deqiqe.Az-ın "Scuderia Ferrari Fans"a istinadən məlumatına görə, təkər testlərinin ikinci günündə italiyalılar Karles Leklerki modifikasiya olunmuş SF-25 bolidində piste buraxıblar. Bu bolid cari mövsüm maşını olsa da, çox aşağı sıxılma qüvvəsinə malik ön antiqanad və gələn il qüvvəyə minəcək qaydalara uyğun hərəkətli qanad hissələrinin prototipi ilə təchiz olunub.

Komanda məlumat toplamaq üçün iki müxtəlif konfiqurasiyadan istifadə edib.

Bildirilir ki, "Ferrari"nin çərşənbə günü Macarıstanda istifadə etdiyi ön antiqanadda əvvəlki kimi əl ilə idarəetmə sistemi yoxdur, onun yerinə daha mürəkkəb, hidravlik idarə olunan sistem quraşdırılıb və bu sistem kokpitdən aktivləşdirilir.







Formula-1

FIA-nın yenidən rəhbəri oldu
  • Formula-1
  • 22:21 12.12.2025
FIA-nın yenidən rəhbəri oldu