14 dekabr 2025. Bazar günü

"Şumaxer “Kadillak” üçün doğru seçim deyil"


  • Formula-1
  • 23:53 12.08.2025
  • Oxunma sayı: 182
"Şumaxer “Kadillak” üçün doğru seçim deyil"

Keçmiş Formula-1 çempionu, 1997-ci ilin dünya çempionu Zak Vilnyov almaniyalı pilot Mik Şumaxerin “Kadillak” komandası üçün doğru seçim olmadığını bildirib.

90deqiqe.Az-ın “Racingnews365”ə istinadən məlumatına görə, Vilnyov, Mik Şumaxerin “Haas” komandasında çıxış edərkən çətinliklərlə üzləşdiyini və təcrübəsiz pilot olduğunu bildirib.

“Mik Şumaxer üçün “Haas”da yarışmaq asan olmayıb. O, təcrübəsizdir və onun seçilməsi üçün heç bir səbəb yoxdur”

Mik Şumaxer əfsanəvi yeddiqat dünya çempionu Mihael Şumaxerin oğludur. O, 2020-ci ildə “Haas” və “Alfa Romeo” komandalarında test pilotu kimi fəaliyyət göstərib, 2021-ci ildə isə Nikita Mazepinlə birlikdə “Haas” komandasında əsas pilot kimi debüt edib.

Qeyd edək ki, “Kadillak” 2026-cı ildən etibarən Formula-1-də iştirak edəcək 11-ci komanda olacaq.







Formula-1

FIA-nın yenidən rəhbəri oldu
  • Formula-1
  • 22:21 12.12.2025
FIA-nın yenidən rəhbəri oldu