29 mart 2026. Bazar günü

“Felipe Druqoviçi Formula-1-də görmək istərdim”


  • Formula-1
  • 22:05 19.08.2025
  • Oxunma sayı: 194
“Felipe Druqoviçi Formula-1-də görmək istərdim”

“Aston Martin”in sürücüsü Fernando Alonso komandanın ehtiyat pilotu Felipe Druqoviçə dəstək olub.

90deqiqe.Az-ın "Racingnews365 "ə istinadən məlumatına görə, ispaniyalı pilot braziliyalı gəncin gələcəkdə Formula-1-də əsas sürücü kimi çıxış edəcəyinə ümid etdiyini bildirib.

“Onu Formula-1-də görmək əla olardı. Çox istedadlıdır və bunu artıq Formula-2-də sübut edib. Biz də hər gün onun bacarığını müşahidə edirik – istər simulyatorda, istərsə də sərbəst yürüşlərdə. O, daim nəticə göstərir. Onu əsas pilot kimi sükan arxasında görmək maraqlı olardı. Ümid edirəm, bu, baş verəcək”

2026-cı ildə Formula-1-ə qoşulacaq “Cadillac” komandasının Druqoviçlə maraqlandığı iddiaları yayılıb.







Formula-1