5 dekabr 2025. Cümə

Bottas yeni qaydalarla cəzasından qaça bilməyəcək


  • Formula-1
  • 23:28 21.08.2025
  • Oxunma sayı: 167
Bottas yeni qaydalarla cəzasından qaça bilməyəcək

35 yaşlı Formula 1 sürücüsü Valtteri Bottas “Mercedes” komandasının ehtiyat sürücüsü olsa da, yarışçı qismində geri dönsə belə, 5 yerlik cəzanı ödəmək məcburiyyətində qalacaq.

90deqiqe.Az-ın "The Race"yə istinadən məlumatına görə, 2026-cı ildən qüvvəyə minəcək yeni qaydalar yalnız gələcəkdə veriləcək cəzaları əhatə edir.

FİA nümayəndəsi finlandiyalı pilotçunun cəzasının əvvəldən qüvvəyə mindiyini və geri götürülməsi qaydalarla mümkün olmadığını bildirib:

“Hazırda cəza qüvvədə qalır, çünki geriyə doğru tətbiq ediləcək mexanizm mövcud deyil. 2026-cı il qayda dəyişikliyi yalnız gələcəkdə belə halların qarşısını almaq üçün nəzərdə tutulub”.

Bottas 8 dekabr 2024-cü ildə “Kick-Sauber” komandasında son yarışında, Abu-Dabi Qran-Prisində, ilk dövrədə “Red Bull” sürücüsü Serxio Peresin maşınına toxunaraq ön qanadı zədələmişdi. Bu insident nəticəsində finlandiyalı sürücü cəza alıb.

Eyni zamanda Bottasın 2026-cı il mövsümündə “Cadillac” komandasının yarışçısı olacağı gözlənilir.







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”