- Formula-1
- 19:43 04.12.2025
Yeddiqat Formula 1 çempionu britaniyalı Luis Hamilton “Ferrari” komandasında çıxış edərkən “Kraliça yarışları”nın yeni qaydalarının seriyaya faydalı olduğunu qeyd edib.
90deqiqe.Az xəbər verir ki, "Racingnews365" 40 yaşlı pilotçunun dediklərini belə çatdırıb.
“Bu mövsümdə çempionatda mübarizə apararkən 2025-ci ilin bolidi ilə işləməliyik və eyni zamanda yeni qaydaları da unutmamalıyıq. Məncə, bu çox maraqlıdır. Əgər həmişə eyni maşınla sürsək və yalnız kiçik dəyişikliklərlə inkişaf etsək, bu, heç də belə əyləncəli olmazdı”.
2025-ci il mövsümündə 14 mərhələ başa çatdıqdan sonra britaniyalı sürücü şəxsi hesabda 109 xal toplayaraq 6-cı yerdə qərarlaşıb.