- Formula-1
- 19:43 04.12.2025
"Ferrari"nin pilotu Şarl Lekler, qalan yarışlarda komandalarının "Maklaren"ə qarşı favorit olmayacağını bildirib.
90deqiqe.Az-ın "GP Blog"a istinadən məlumatına görə, o, rəqibinin daha stabil və sürətli olduğunu vurğulayıb.
"İndi belə bir dövrədə heç bir trasada "Ferrari"nin "Maklaren"dən güclü olacağına əmin deyiləm. Stabilik baxımından "Maklaren" bu il ən yaxşısıdır. "Red Bull"un forması o qədər də sabit deyil, eyni şey "Ferrari" və "Mercedes" üçün də keçərlidir. Yeganə sabitlik faktoru isə "Maklaren"in sürətidir. Bu səbəbdən indiki vəziyyətdə "Ferrari"nin favorit olması çox çətindir. Lakin ümid edirəm ki, nəticədə gözəl bir sürprizlə qarşılaşaram"
Çempionat təqvimində hazırda 10 yarış qalıb. Mövsümün 14 raundundan sonra "Maklaren" yalnız bir dəfə podiuma yüksələ bilməyib - Kanada Qran Prisində. Lekler sürücülər sıralamasında beşincidir və karyerası ərzində səkkiz Formula 1 yarışında qalib gəlib.