5 dekabr 2025. Cümə

Formula 1: 2026-cı ilin yeni nəsil bolidləri 400 km/saat sürətə çatacaq


  • Formula-1
  • 16:05 22.08.2025
  • Oxunma sayı: 109
Formula 1: 2026-cı ilin yeni nəsil bolidləri 400 km/saat sürətə çatacaq

Formula 1-in 2026-cı ildən etibarən istifadəyə veriləcək yeni nəsil bolidləri, düz yolda 400 km/saat sürətə çatmaq potensialına sahib olacaq.

90deqiqe.Az-ın məlumatına görə, bu rekord sürət göstəricisi, bolidlərin elektrik mühərriklərinin gücünün artırılması və aktiv aerodinamika sistemlərinin təkmilləşdirilməsi ilə mümkün olacaq.

"Tam güc istifadə edildikdə, biz 400 km/saat həddinə yaxınlaşırıq", – deyə "Mersedes" komandasının rəhbəri Toto Volf bildirib.

"Aston Martin"in ehtiyat pilotu Felipe Drugoviç isə bu haqda belə fikirlərini bildirib: "Avtomobil döngədən çıxarkən o qədər güclü atılır ki, sanki raketdə oturursan".

FİA-nın məlumatına görə, 2026-cı il bolidləri hazırkı avtomobillərdən daha qısa, dar və kompakt olacaq. Ön və arxa qanadların forması dəyişdiriləcək, bəzi elementlər isə tamamilə aradan qaldırılacaq. Aktiv aerodinamika sistemi, düz yolda müqaviməti azaldaraq bolidlərin daha yüksək sürətə çatmasına imkan verəcək.

Bundan əlavə, güc qurğularının gücü də artacaq. Ən güclü daxili yanma mühərrikləri 575 at gücünə, elektrik mühərrikləri isə 475 at gücünə qədər çatacaq ki, bu da Formula 1 üçün rekord fırlanma anı deməkdir. Lakin döngələrdə sürət, şinlərin daralması və təzyiq qüvvəsinin azalması ilə aşağı düşəcək. Buna baxmayaraq, sürücülər enerji axını və batareya idarəçiliyi üzərində daha çox nəzarətə sahib olacaq, bu da onlara taktiki üstünlük təmin edəcək.







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”