- Formula-1
- 19:43 04.12.2025
53 yaşlı avtomobil idmanı üzrə pilot və keçmiş Formula-1 sürücüsü Rubens Barrikello yeddi dəfə dünya çempionu Lyuis Hamiltonun “Ferrari”dəki çıxışına münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, "Mirror" keçmiş braziliyalı pilotun dediklərini belə çatdırıb.
“Hamilton super pilotdur və keçmişdə əldə etdiyi uğurların hər birini haqq edir. Söhbət onun sürücülük qabiliyyətini itirməsindən deyil. Əminəm ki, əgər 2026-cı il üçün “Ferrari” maşını titul uğrunda mübarizə aparacaq qədər güclü olarsa, Hamilton yenidən qələbə qazana biləcək.”
Qeyd edək ki, Barrikello 2000–2005-ci illərdə “Ferrari” üçün altı mövsüm yarışıb və hazırda Braziliyada NASCAR üzrə çempionluğunu qazanıb.