5 dekabr 2025. Cümə

“Ferrari” Şarl Leklerinin Macarıstan Qran-Prisindəki problemlərini izah etdi


  • Formula-1
  • 22:33 28.08.2025
  • Oxunma sayı: 115
“Ferrari” Şarl Leklerinin Macarıstan Qran-Prisindəki problemlərini izah etdi

“Ferrari” komandası Şarl Leklerin son Macarıstan Qran-Prisində yaşadığı problemlərin səbəbini açıqlayıb.

90deqiqe.Az-ın "The Race"yə istinadən məlumatına görə, “Ferrari” nümayəndəsi bildirib ki, avtomobildə texniki nasazlıq olmayıb və problem son pit-stopdan sonra ortaya çıxıb. Məsələ ehtimal olunur ki, təkərlərin təzyiqinin artırılması və ön qanadın dəyişdirilməsi maşının balansına gözlənilməz təsir göstərib.

Qeyd edək ki, moneqaslı pilot poul mövqeyindən start götürmüş, lakin yarışın son mərhələsində tempini itirərək dördüncü yerdə finiş xəttini keçmişdi. Lekler yarışdan sonra problemin şassiyə aid ola biləcəyini ehtimal etmişdi.







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”