14 dekabr 2025. Bazar günü

"Formula 1": Piastri lider, Verstappen isə 100 xaldan çox geri qalır


  • Formula-1
  • 20:19 31.08.2025
  • Oxunma sayı: 127
"Formula 1": Piastri lider, Verstappen isə 100 xaldan çox geri qalır

Niderland Qran-prisinin qalibi Oskar Piastri Formula 1 üzrə şəxsi təsnifatda komanda yoldaşı Lando Norrisdən 34 xal öndədir.

90deqiqe.Az-ın məlumatına görə, podiumun üçüncü pilləsində olan Maks Verstappen isə artıq 100 xaldan çox geri qalıb. Dördüncü yerdə Corc Rassell, beşinci pillədə isə Şarl Lekler qərarlaşıb.

Formula 1. Şəxsi hesab (top-10):

  1. Oskar Piastri (“Maklaren”) — 309 xal

  2. Lando Norris (“Maklaren”) — 275

  3. Maks Verstappen (“Red Bull”) — 205

  4. Corc Rassell (“Mercedes”) — 184

  5. Şarl Lekler (“Ferrari”) — 151

  6. Lyuis Hemilton (“Ferrari”) — 109

  7. Andrea Kimi Antonelli (“Mercedes”) — 64

  8. Aleksander Albon (“Williams”) — 64

  9. Niko Hyulkenberq (“Kick-Sauber”) — 37

  10. İsak Hacər (“Racing Bulls”) — 37

Konstruktörlər Kubokunda isə “Maklaren” rəqiblərinə artıq 300 xaldan çox üstünlük qazanıb. “Ferrari” ikinci pillədə qalır, lakin “Mercedes” 12 xal əlavə edərək Skuderiya ilə aradakı fərqi iki dəfə azaldıb. Qeyd edək ki, “Racing Bulls” komandası “Kick-Sauber”i ötərək konstruktörlər sıralamasında yeddinci yerə yüksəlib.

Konstruktörlər Kuboku:

  1. “Maklaren” — 584 xal

  2. “Ferrari” — 260

  3. “Mercedes” — 248

  4. “Red Bull” — 214

  5. “Williams” — 80

  6. “Aston Martin” — 62

  7. “Racing Bulls” — 60

  8. “Kick-Sauber” — 51

  9. “Haas” — 44

  10. “Alpine” — 20







Formula-1

FIA-nın yenidən rəhbəri oldu
  • Formula-1
  • 22:21 12.12.2025
FIA-nın yenidən rəhbəri oldu