29 yanvar 2026. Cümə axşamı

Maks Verstappen beşinci titulunu qazanmaya bilər


  • Formula-1
  • 23:43 02.09.2025
  • Oxunma sayı: 155
Maks Verstappen beşinci titulunu qazanmaya bilər

Dördqat dünya çempionu, “Red Bull” pilotu Maks Verstappen Formula-1-də beşinci titulunu qazana bilməyəcəyini istisna etməyib.

90deqiqe.Az-ın məlumatına görə, "ESPN" 27 yaşlı pilotun dediklərini belə çatdırıb.

"Düşünürəm ki, artıq heç vaxt təsəvvür edə bilmədiyimdən çox şey əldə etmişəm. Əlbəttə, indiyə qədər qazandıqlarımdan çox razıyam. Bəlkə də bir daha çempion olmayacağam. Bu baş verə bilər, amma indi bu barədə düşünmürəm."

30 mərhələli Formula-1 mövsümündə 18 yarışdan sonra Ferstappen çempionat cədvəlində üçüncü yerdə qərarlaşıb və lider Oskar Piastri (“Maklaren”)dən 104 xal geri qalır. İkinci pillədə isə "Maklaren"dən digər pilot Lando Norris yer alır.

 







Formula-1