- Formula-1
- 23:10 27.01.2026
Formula 1-in rəhbəri Stefano Domenikali çempionatda əsas yarışların müddətinin, hazırda təxminən 300 km olan məsafənin, qısaldıla biləcəyini istisna etməyib.
90deqiqe.Az-ın məlumatına görə, "Motorsport" Domenikalinin dediklərini belə çatdırıb.
“Hazırkı yarışlar gənc auditoriya üçün çox uzun ola bilər. Bir çox kanallarımızda ən maraqlı anların xülasələri böyük maraqla qarşılanır. Bizim kimi hazırkı formatda böyüyənlər üçün hər şey yaxşıdır, amma izləyicilərin əhəmiyyətli bir hissəsi yalnız əsas anları görmək istəyir.
İndi hər şey yaxşıdır, amma buna görə də rahatlanmaq olmaz. Növbəti addımı düşünməliyik”.