29 yanvar 2026. Cümə axşamı

Kolton Herta “Kadillak”ın test-sürücüsü oldu


  • Formula-1
  • 22:12 04.09.2025
  • Oxunma sayı: 109
Kolton Herta “Kadillak”ın test-sürücüsü oldu

"IndyCar"ın amerikalı pilotu Kolton Herta yeni yaradılan ABŞ Formula-1 komandası “Kadillak”ın test-sürücüsü təyin edilib.

90deqiqe.Az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, əvvəlki məlumatlara görə, Herta gələn mövsümdə okeanın o tayındakı çempionatı tərk edərək Formula-2-yə keçmək ehtimalı yüksəkdir. Bu addım, həmçinin, onun superlisenziya xallarını tamamlamaq məqsədini daşıyır.

Hazırda amerikalı pilot 40 xaldan 37-nə malikdir.

Bildirilir ki, Herta və onun menecmenti Formula-2-də bir neçə komanda ilə əməkdaşlıq imkanlarını müzakirə edib. Lakin konkret razılaşmalar hələ əldə olunmayıb. Hazırda ən ehtimal olunan komanda onun üçün “Prema” hesab olunur.







Formula-1