- Formula-1
- 19:43 04.12.2025
"MakLaren"in pilotu Oskar Piastri komanda yoldaşı Lando Norris ilə çempionluq uğrunda mübarizə barədə danışıb.
90deqiqe.Az-ın məlumatına görə, "BBC " avstraliyalı pilotçunun dediklərini belə çatdırıb.
"Heç nə dəyişəcəyini gözləmirəm. Fikrimcə, biz əvvəlki kimi bir-birimizlə mübarizə aparacağıq. İkimiz də mümkün qədər sürətli olmağa çalışırıq. Bu baxımdan heç nəyi gizlətmirik. Ona görə də gözləmirəm ki, vəziyyət dəyişsin. Mən yanaşmamı dəyişmirəm və bu da dəyişməyəcək – yalnız xal fərqi çox böyüyərsə və ya qalan yarışların sayı əhəmiyyətli dərəcədə az olarsa, onda fərqli ola bilər"
Qeyd edək ki, hazırda Piastrinin 309, Norrisin isə 275 xalı var.