5 dekabr 2025. Cümə

Verstappen İtaliya Qran-prisinin qalibi oldu


  • Formula-1
  • 21:12 07.09.2025
  • Oxunma sayı: 143
Verstappen İtaliya Qran-prisinin qalibi oldu

“Red Bull” komandasının pilotu Maks Verstappen Formula-1 üzrə İtaliya Qran-prisində qələbə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, yarışı ikinci pillədə “MakLaren”in sürücüsü Lando Norris başa vurub. Onun komanda yoldaşı Oskar Piastri isə üçüncü olub. Maraqlıdır ki, Norris uzun müddət ikinci yerdə gedirdi, lakin pit-stopda çox vaxt itirərək mövqeyini Piastriyə verdi.

Daha sonra “MakLaren” radioda gənc pilota göstəriş verərək komanda yoldaşına yerini qaytarmasını tələb edib.

“Ferrari”nin yeddiqat dünya çempionu Lüis Hemilton isə finiş xəttini altıncı pillədə keçib.

Formula-1, İtaliya Qran-prisi — yarış nəticələri:

  1. Maks Verstappen (“Red Bull”) — 72 dövrə

  2. Lando Norris (“MakLaren”) +19.207

  3. Oskar Piastri (“MakLaren”) +21.351

  4. Şarl Lekler (“Ferrari”) +25.624

  5. Corc Rassell (“Mercedes”) +32.881

  6. Lüis Hemilton (“Ferrari”) +37.449

  7. Aleksandr Albon (“Villiams”) +50.537

  8. Qabriel Bortoletto (“Kick-Sauber”) +58.484

  9. Andrea Kimi Antonelli (“Mercedes”) +59.762

  10. İsak Hacar (“Racing Bulls”) +1:03.891

  11. Karlos Sains (“Villiams”) +1:04.469

  12. Oliver Berman (“Haas”) +1:19.288

  13. Yuki Tsunoda (“Red Bull”) +1:20.701

  14. Liam Lawson (“Racing Bulls”) +1:22.351

  15. Esteban Okon (“Haas”) +1 dövrə

  16. Pyer Qasli (“Alpine”) +1 dövrə

  17. Franko Kolapinto (“Alpine”) +1 dövrə

  18. Ləns Stroll (“Aston Martin”) +1 dövrə

  19. Fernando Alonso (“Aston Martin”) — yarışı yarımçıq tərk edib

  20. Niko Hülkenberq (“Kick-Sauber”) — starta çıxmayıb







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”