14 dekabr 2025. Bazar günü

“Çətin vəziyyət olsa da öz çıxışımdan məmnunam”


  • Formula-1
  • 22:35 08.09.2025
  • Oxunma sayı: 107
“Çətin vəziyyət olsa da öz çıxışımdan məmnunam”

“Red Bull” pilotu Yuki Tsunoda İtaliya Qran-Prisində “Ferrari” sürücüsü Luis Həmiltonla mübarizə barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, "Motorsport" pilotçunun dediklərini belə çatdırıb. 

“Aydın idi ki, o məni sıxdı. Görünür, birinci döngəyə də düzgün girmədi. Buna görə öz çıxışımdan məmnunam. Toqquşmadan qaça bildiyim üçün şadam. Əslində bu yaxşı an idi və mən öz hərəkətlərimi təqdir edərdim. O hətta döngəyə girmədi, birbaşa üzərimə gəldi. Bu məsələni qaldırmaq niyyətindəyəm. Çətin vəziyyət idi.

Düşünürəm ki, təsnifat mərhələlərində hər keçən yarış daha yaxşı çıxış edirəm. Buna görə də optimist olmaq üçün səbəblər var”.

İtaliya Qran-Prisində Tsunoda 13-cü, Həmilton isə 6-cı olub.







Formula-1

FIA-nın yenidən rəhbəri oldu
  • Formula-1
  • 22:21 12.12.2025
FIA-nın yenidən rəhbəri oldu