5 dekabr 2025. Cümə

Luis Hemilton MotoGP komandası almağı düşünür


  • Formula-1
  • 21:35 09.09.2025
  • Oxunma sayı: 86
Luis Hemilton MotoGP komandası almağı düşünür

Yeddiqat Formula-1 çempionu və “Ferrari” sürücüsü Luis Hemilton MotoGP-də bir komanda almağı nəzərdən keçirir.

90deqiqe.Az-ın “Autosport”a istinadən yaydığı məlumata görə, bu qərar, seriyanın Liberty Media tərəfindən alınmasından sonra gözlənilən inkişafla bağlıdır. Hemilton dörd özəl komandaya maraq göstərir.

“Hemilton və Maks Verstappenin nümayəndələri bütün özəl komandalarla əlaqə saxlayaraq satınalma niyyətlərini bildiriblər”, – deyə bir komandanın direktoru açıqlayıb.

Qeyd edək ki, əvvəllər MotoGP komandası almaqla Maks verstappen də maraqlanıb. Hazırda “Tech3” ilə razılaşma istisna olunur, “Honda”, “Yamaha”, “Ducati”, “KTM” və “Aprilia” kimi zavod komandaları isə satışda deyil. Formula-1-də “Kadillak” komandasına sahib olan TWG Motorsports Hemiltonun MotoGP-yə daxil olma niyyətini dəstəkləyir.







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”