14 dekabr 2025. Bazar günü

Valtteri Bottas “Kadillak”ın testlərinə qatılmayacaq


  • Formula-1
  • 23:30 11.09.2025
  • Oxunma sayı: 257
Valtteri Bottas “Kadillak”ın testlərinə qatılmayacaq

Amerika komandası “Kadillak” Valtteri Bottası 2026 mövsümünə hazırlıq çərçivəsində mühəndislərə məlumat toplamaq üçün testlərə dəvət etməyi planlaşdırsa da bu baş tutmayacaq.

90deqiqe.Az-ın “GPblog”a istinadən yaydığı məlumata görə,  “Mercedes” fin sürücünü mövcud mövsümün sonuna qədər buraxmamağa qərar verib. Bottas hazırda Almaniya komandasının ehtiyat pilotudur.

Bildirilib ki, Bottas iş yerinin qərarına anlayışla yanaşıb. Onun əvəzinə testlərdə Kolton Herta iştirak edə bilər.

Qeyd edək ki, “Kadillak” 2026 mövsümündən etibarən Formula-1 çempionatının 11-ci komandası olacaq. Bottas və Syerxo Peres isə amerikalı komandanın əsas pilotları kimi çıxış edəcəklər.







Formula-1

FIA-nın yenidən rəhbəri oldu
  • Formula-1
  • 22:21 12.12.2025
FIA-nın yenidən rəhbəri oldu