5 dekabr 2025. Cümə

"Formula-1 sevgim ailə qurmağa imkan vermədi"


  • Formula-1
  • 23:22 17.09.2025
  • Oxunma sayı: 221
"Formula-1 sevgim ailə qurmağa imkan vermədi"

Yeddiqat Dünya Çempionu və "Ferrari" komandası pilotu Luis Hemilton bildirib ki, Formula-1-ə olan sevgisi onun yarış karyerası ərzində ailə qurmasına imkan verməyən əsas səbəb olub.

90deqiqe.Az xəbər verir ki, "L'Equipe" Hemiltonun dediklərini belə çatdırıb.

"Prioritetlərim Formula-1-ə olan sevgimdən irəli gəlirdi. Həyatımın sevgisi – Formula-1-dir. Bu işi demək olar ki, hər şeydən daha çox sevirəm".

Qeyd edək ki, 5–7 sentyabr tarixlərində Moncadakı Milli Avtodromda keçirilən İtaliya Qran-Prisində Luis Hemilton altıncı yeri tutub. Formula-1 şəxsi reytinqində o, 117 xalla altıncı sıradadır. "Ferrari" komandası isə Konstruktorlar Kubokunda ikinci pillədə qərarlaşıb. Lider mövqedə isə 617 xalla "Maklaren" komandası yer alır.







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”