11 aprel 2026. Şənbə

“Ferrari”də Bakı Qran-prisində anlaşılmazlıq: - Leklerlə Hemilton mövqeləri dəyişə bilmədi


  • Formula-1
  • 20:36 21.09.2025
  • Oxunma sayı: 261
“Ferrari”də Bakı Qran-prisində anlaşılmazlıq:  -  Leklerlə Hemilton mövqeləri dəyişə bilmədi

“Ferrari” komandasında Azərbaycan Qran-prisinin son anlarında maraqlı hadisə yaşanıb. Komanda rəhbərliyi Şarl Lekler və Luis Hemiltona yerlərini dəyişməyi tapşırsa da, pilotlar bunu finişə qədər reallaşdıra bilməyiblər.

90deqiqe.Az-ın məlumatına görə, yarışın son dövrəsində Leklerə komanda radiosu ilə belə göstəriş verilib: “Əgər Luis ötmə edə bilməsə, son düzlükdə siz yerlərinizi dəyişəcəksiniz. Luis səni buraxacaq”.

Bununla belə, Hemilton finişə yaxın sürəti azaltsa da, bunu çox gec həyata keçirib və nəticədə Lekler komanda yoldaşını ötməyə imkan tapmayıb.

Finişdən sonra Lekler vəziyyətə münasibət bildirib: “Mənim üçün fərqi yoxdur, söhbət səkkizinci yerdən gedirdi. Qoy o, bu səkkizinci yerdən zövq alsın. Bu sadəcə gülməlidir, çünki ədalətsizdir, amma, açığı, mənim üçün önəmli deyil”.

Məlum olub ki, Hemiltona mövqeni qaytarmaq göstərişi çox gec – artıq start-finiş düzünə çıxarkən verilib və britaniyalı pilot sadəcə sürəti azaltmağa vaxt tapmayıb.







Formula-1