- Formula-1
- 19:43 04.12.2025
“MakLaren” pilotu Oskar Piastri, Azərbaycan Qran-prisinin startında yaşadığı falsstart və birinci döngədə baş verən qəza nəticəsində yarışdan çıxmasına səbəb olan səhvlərin tam məsuliyyətini öz üzərinə götürdüyünü açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, "Sky Sports" 24 yaşlı pilotçunun dediklərini belə çatdırıb.
“Şübhəsiz ki, bu mənim ən yaxşı anım deyildi. Startda sadəcə çox erkən reaksiya verdim – sadə və axmaq bir səhv idi. Qəzada da eyni vəziyyət: çirkli havanı nəzərə almadım, döngəyə çox sürətlə girdim və nəticə budur. Təkərlərin yol ilə yapışması səviyyəsi aşağı idi, amma bunu mən bilməliydim. Heç kimi, yalnız özümü günahlandıra bilərəm. Sadəcə düzgün vaxtda düzgün qərarlar vermədim və bu məni məyus edir”.