- Formula-1
- 19:43 04.12.2025
Dördqat və hazırkı dünya çempionu, “Red Bull” pilotu Maks Verstappen 2025 mövsümündəki titul şansları barədə danışıb.
90deqiqe.Az-ın "GPBlog"a istinadən məlumatına görə, o, ardıcıl iki qələbə – İtaliya və Azərbaycan Qran-prilərindəki uğurlarından sonra fikirlərini bölüşüb.
“Çox ümid etməsəm də, mövsümdə yeddi mərhələ qalıb və 69 xal fərqi böyükdür. Buna görə də şəxsi olaraq hər yarışa fərdi yanaşıram, elə mövsümün əksər hissəsində də bunu edirəm. Hər yarış maksimum səylə çıxış edir, mümkün qədər çox xal toplamağa çalışıram. Abu-Dabidən sonra hər şey aydın olacaq”.
Qeyd edək ki, Azərbaycan Qran-prisində qazandığı qələbə Verstappenin bu mövsümdə dördüncü qalibiyyəti olub və o, lider Oskar Piastridən 69 xal geri qalır.