- Formula-1
- 19:43 04.12.2025
“Maklaren” komandasının rəhbəri Andrea Stella mövsümün lideri, avstraliyalı pilot Oskar Piastrinin Azərbaycan Qran-Prisindəki çıxışına münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, "FormulaPassion" funksionerin dediklərini belə çatdırıb.
“Formula-1-də çoxsaylı çempionlarla işləmə şansım olub və hər mövsümdə, hətta onların dominant olduğu illərdə belə, hətta F-1 tarixinin ən yaxşı pilotlarından biri olan Mihael Şumaxer ilə də belə hallar müşahidə olunub.
Belə anlar həftəsonunda maksimum nəyin əldə edilə biləcəyini göstərir – öyrənmək. Çünki bəzi səbəblərdən hər şey çətinləşir. Trasla ilişmə düzgün qiymətləndirilmədikdə sərt nəticə ilə qarşılaşırsınız.
Bu, sadəcə bir həftəsonu idi ki, hər şey onun istədiyi kimi getmədi. Nəticədə Oskar uduzdu, amma bu, nəzərdən keçirilməli bir təcrübədir. Bu, heç bir sürpriz və ya istisna deyil, buna görə də narahat olmağa dəyməz. Belə hallar demək olar ki, bütün çempionlarla, hətta ən yaxşı nəticələr göstərənlərlə də baş verib”