- Formula-1
- 19:43 04.12.2025
“Mercedes” komandasının rəhbəri Toto Volff 27 yaşlı dördqat Formula-1 çempionu, Avstriya “Red Bull”unun pilotu Maks Verstappenlə yay fasiləsində Sardiniyada nə barədə danışdıqlarını açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, "Sportskeeda" funksionerin dediklərini belə çatdırıb.
“Yayda idman barədə çox danışmadıq. Əsasən şəxsi mövzulara toxunduq”
Bəzi insayderlər isə o vaxt bildirirdilər ki, tərəflər Verstappenin “Mercedes”ə keçidi ilə bağlı danışıqlar aparmaq üçün görüşüblər.
Qeyd edək ki, Maks Volffun yaxtasında onunla görüşüb.Maks hazırda Formula-1 pilotlarının şəxsi hesabında 255 xal toplayaraq üçüncü pillədədir.