5 dekabr 2025. Cümə

“Verstappen 2025-ci ilin çempionu olacaq”


  • Formula-1
  • 22:13 25.09.2025
  • Oxunma sayı: 332
“Verstappen 2025-ci ilin çempionu olacaq”

Keçmiş Formula-1 pilotu və hazırda ekspert olan Quido van der Qarde əmindir ki, “Red Bull”un ulduz pilotu Maks Verstappen cari mövsümün çempionu olacaq.

90deqiqe.Az-ın "ViaPlay"a istinadən məlumatına görə, ​​​​​​ekspertin fikrincə, səbəb yalnız Avstriya komandasının gücündə deyil, həm də “Maklaren”in zəifliyindədir.

“Düşünmürəm ki, Piastri və ya Norris dünya çempionu ola biləcək. Amma Maks, məncə, olacaq. Onun bolidi daha rəqabətqabiliyyətli olub. Əgər nəzərə alsaq, ‘Maklaren’ üçün yalnız iki Qran-Pridə həqiqətən uğurlu həftəsonları olub”

Xatırladaq ki, Verstappen keçən həftəsonu keçirilən Azərbaycan Qran-Prisində bu mövsümdə dördüncü qələbəsini qazanıb və ümumi Formula-1 hesabında lider Oskar Piastriyə cəmi 69 xal fərqi ilə yaxınlaşıb.







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”