- Formula-1
- 19:43 04.12.2025
"Haas" komandasının keçmiş rəhbəri, italyan Günter Ştayner "Red Bull" komandasının britaniyalı sabiq rəhbər Kristian Hornerin gedişindən sonra necə dəyişdiyini şərh edib.
90deqiqe.Az xəbər verir ki, "Sportskeeda" funksionerin dediklərini belə çatdırıb.
“Görünür, komanda daha sakit işləyir. Əvvəllər hər yarış həftəsi yeni hekayələrlə müşayiət olunurdu: ‘Onlar anlaşa bilmədilər, bu biri ilə konfliktdədir’. İndi isə görünür, hər şey daha səmərəli gedir, buna görə də məncə, komanda üçün daha yaxşı olub”
Qeyd edək ki, Ştayner əvvəllər Maks Ferstappenin mövsüm üzrə çempionluq yarışında üstünlük qazanmasını erkən proqnozlaşdırmamağı tövsiyə etmişdi.