5 dekabr 2025. Cümə

“Alonso yalnız özü istəyəndə Formula 1-dən gedəcək”


  • Formula-1
  • 23:18 26.09.2025
  • Oxunma sayı: 355
“Alonso yalnız özü istəyəndə Formula 1-dən gedəcək”

Formula 1 şərhçisi Antonio Lobato “Aston Martin”in ikiqat dünya çempionu Fernando Alonsonun sözlərini şərh edib.

90deqiqe.Az xəbər verir ki, Lobato bu barədə jurnalistlərə açıqlama verib.

“O əmindir ki, 2026-cı il onun üçün hər baxımdan çox önəmli olacaq. Bu il həm möhtəşəm ola bilər, əgər ‘Aston Martin’in işi və yeni qaydalar uyğun gələrsə, həm də onun üçün vida ili ola bilər. O, əgər bolid yaxşı olarsa gedəcəkmi? Yaxşı, əgər kömək edəcəksə, deyə bilərəm ki, xüsusi xidmətlər göndərə bilərik, onu maşından çıxarsınlar, çünki o, belə bir bolidi heç vaxt tərk etmək istəməz (gülür).

Alonso yalnız özü istəyəndə gedəcək. Bu, onun böyük üstünlüyüdür. O, istədiyi vaxt ayrılacaq, istədiyi zaman qərar verəcək ki, Formula 1-dən başqa ona daha uyğun bir şey var”.

Qeyd edək ki, Alonso əgər yeni qaydalarla olan bolid yaxşı çıxarsa, o, 2026-cı ildən sonra “Krallıq Yarışları”ndan gedə biləcəyini açıqlamışdı.







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”