5 dekabr 2025. Cümə

“Verstappenin titul şansları bu il sual altındadır”


  • Formula-1
  • 23:33 26.09.2025
  • Oxunma sayı: 349
“Verstappenin titul şansları bu il sual altındadır”

“Haas” komandasının keçmiş rəhbəri, italiyalı Günter Ştayner “Red Bull” pilotu 27 yaşlı niderlandlı Maks Verstappenin cari F-1 mövsümündə titul qazanmaq şansları ilə bağlı şübhələrini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Sportskeeda" funksionerin dediklərini belə çatdırıb.

“Mənim fikrimcə, Maks mövsümün sonunda çox yarış qazanmayacaq, ‘Meklaren’ pilotları ilə müqayisədə. Bu, onun günahı deyil; sadəcə, bu il ‘Meklarenin’ maşını daha yaxşıdır. Onların bir uğursuz yarışı oldu, amma hamımız razıyıq ki, Ferstappen indi F-1-in ən yaxşı pilotudur. Lakin irəlidə getmək istəməzdim və görmək lazımdır ki, ‘adi’ trasda yeniliklər necə işləyəcək.

Bakı və Monza trasları yüksək sürətlidir və fərqlidir. Görək ‘Red Bull’ digər traslarda nəticə göstərə biləcəkmi, çünki orada ən yaxşı maşın ‘Meklarenin’dir. Ona görə də, gəlin gözləyək”







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”