5 dekabr 2025. Cümə

Verstappenin GT3 yarışı milyonlarla izləyici toplayıb

Niderlandlı 27 yaşlı sürücü


  • Formula-1
  • 23:28 29.09.2025
  • Oxunma sayı: 170
Verstappenin GT3 yarışı milyonlarla izləyici toplayıb

Dördqat Formula-1 çempionu Maks Verstappen (“Red Bull”) “Nordşlyafe”də keçirilən GT3 mərhələsində iştirak edib.

90deqiqe.Az xəbər verir ki, yarışın rəsmi "YouTube" kanalları üzərindən yayımlanan translyasiyası bir neçə milyon izləyici toplayıb.

Rəsmi statistikalara görə, "Auto Addiction" kanalında (922 min abunəçi) alman dilində yayıma 1,3 milyon nəfər baxıb. Öncəki mərhələdə, 27 yaşlı sürücü iştirak etmədiyi halda, izləyici sayı 236 min idi. İngilis dilində yayıma isə 2,5 milyon izləyici baxıb, əvvəlki mərhələdə bu rəqəm 221 min olmuşdu.

Niderlandlı pilot GT3-də "Ferrari 296" maşını ilə britaniyalı sürücü Kristof Lulhem ilə birgə çıxış edib. Kvalifikasiyada üçüncü yeri tutan Ferstappen startda liderliyə yüksələrək təqibçilərindən bir dəqiqədən çox üstünlük qazanıb.







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”