- Formula-1
- 19:43 04.12.2025
“Mercedes”in rəhbəri Toto Volff komanda pilotu Andrea Kimi Antonellinin mövsümün cari hissəsində zəif debütü ilə bağlı yayılmış “Uilliams” və ya “Alpine”ə keçəcəyi xəbərlərinə münasibət bildirib.
90deqiqe.Az xəbər verir ki, "Sky Sport Italia" funksionerin dediklərini belə çatdırıb.
“Alpine" və "Uilliams" ilə bağlı yayılan şayiələr tamamilə əsassızdır. O, 2026-cı ildə də komandamızda qalacaq. 100%.”
2024-cü il mövsümünün 17 mərhələsindən sonra Antonelli şəxsi hesabda yeddinci pillədə qərarlaşıb. Onun komanda yoldaşı, britaniyalı Corc Rassell isə dördüncü sıradadır.
Əvvəllər analitik Devid Kroft açıqlamışdı ki, “Mercedes” Antonelli ilə yeni müqaviləni uzatmaq üçün vaxtı uzatmamalıdır.