- Formula-1
- 19:43 04.12.2025
Belçikalı jurnalist və keçmiş model Virjini Filippo Beynəlxalq Avtomobil Federasiyası (FİA) prezidenti postu üçün namizədliyini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb:
“FİA prezidenti vəzifəsinə namizədliyimi irəli sürürəm. Məqsədim ‘ilk olmaq’ deyil, amma son olmamağı təmin etməkdir. İnanıram ki, avtosport real dünyaya təsir göstərməli, onu cəsarətli, müxtəlif və birləşdirici etməlidir.
Qlobal baxışa malik və dərin kökləri olan bir qadın kimi mən burada uzun müddət bağlı qalmış qapıları açmaq üçün gəlmişəm. Gəlin hər səs, hər hekayə və hər ehtirası əks etdirən FİA quraq. Gələcək üçün yarış indi başlayır.”