5 dekabr 2025. Cümə

“Ferrari” rəhbəri Vassər Sinqapur Qran-Prisində gözləntilərini açıqladı


  • Formula-1
  • 23:36 01.10.2025
  • Oxunma sayı: 157
“Ferrari” rəhbəri Vassər Sinqapur Qran-Prisində gözləntilərini açıqladı

“Ferrari” komandasının rəhbəri Frederik Vasser Sinqapur Qran-Prisi öncəsi gözləntiləri barədə danışıb.

90deqiqe.Az-ın məlumatına görə, funksioner bu barədə komandanın rəsmi saytına açıqlamasında bildirib.

Vasser bildirib ki, Sinqapur trası mövsümün ən tələbkar məkanlarından biridir: “Bu yarış həm sürücülər, həm də bütün komanda üçün böyük sınaqdır. Trasın konfiqurasiyası, gecə şəraiti və təhlükəsizlik maşınının pistə çıxma ehtimalının yüksək olması yarışın konsentrasiya və uyğunlaşma qabiliyyətini yoxlayan real sınaq olmasını təmin edir. Bu il əlavə dəyişən olaraq pit-leyndə yeni sürət məhdudiyyəti də tətbiq olunacaq ki, bu da strategiyaya təsir göstərə bilər”.

O qeyd edib ki, kvalifikasiya yenə də yarışın taleyini müəyyənləşdirəcək: “Hər sessiyadan maksimum nəticə əldə etməliyik ki, mümkün qədər yüksək start mövqeyi qazanaq. Məqsədimiz potensialımızı tam şəkildə reallaşdırmaqdır. Son mərhələlərdə gördük ki, kiçik detallardakı fərqlər belə xalların sayına təsir edə bilir”.

 







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”