14 dekabr 2025. Bazar günü

Braziliyalı pilot “Kadillak” komandası ilə müqavilə imzalayıb


  • Formula-1
  • 23:52 01.10.2025
  • Oxunma sayı: 233
Braziliyalı pilot “Kadillak” komandası ilə müqavilə imzalayıb

Braziliyalı pilot Pietro Fittipaldi Formula 1-in yeni komandası “Kadillak” ilə rəsmi müqavilə bağlayıb.

90deqiqe.Az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb:

Fittipaldi bildirib ki, artıq bir neçə aydır “Kadillak” simulyatorunda işləyir və amerikalı komanda ilə 2026-cı il mövsümü üçün bolidin inkişafına dəstək göstərir.

Qeyd edək ki, Fittipaldi daha əvvəl 2020-ci ildə digər Amerika komandası “Haas” ilə iki Qran-Pridə iştirak edib. Son illər o, "IndyCar", Dayanıqlılıq üzrə Dünya Çempionatı (WEC) və IMSA seriyalarında mübarizə aparıb.

Xatırladaq ki, 25 noyabr 2024-cü il tarixində Formula 1 General Motors və onun “Kadillak” brendi ilə prinsipal razılaşma əldə edildiyini açıqlayıb. ABŞ-lı komanda 2026-cı ildən etibarən “Krallıq Yarışları”nın 11-ci komandası olacaq.







Formula-1

FIA-nın yenidən rəhbəri oldu
  • Formula-1
  • 22:21 12.12.2025
FIA-nın yenidən rəhbəri oldu