6 dekabr 2025. Şənbə

“Çempionluq şansım 50/50-dir”


  • Formula-1
  • 22:56 02.10.2025
  • Oxunma sayı: 127
“Çempionluq şansım 50/50-dir”

Dördqat dünya çempionu və hazırda “Red Bull” komandasında çıxış edən Maks Verstappen 2025 mövsümündə titul uğrundakı şanslarını qiymətləndirib.

90deqiqe.Az xəbər verir ki, "Sky Sports" pilotçunun dediklərini belə çatdırıb.

“Çempionluq şansım? 50/50. Ya qazanacağam, ya da yox. Mən sadəcə irəliyə gedirəm, yarışdan yarışa. 69 xallıq geri qalmaq çoxdur. Xüsusən də mövsümün gedişatını nəzərə alsaq. ‘Meklaren’ inamla üstünlük təşkil edirdi və düşünmürəm ki, bu, birdən dəyişəcək.

Buna görə də çox narahat deyiləm. Sadəcə Formula 1 yarışlarından və bolidin sükanı arxasında olduğum hər an zövq almağa çalışıram, maksimumumu göstərməyə çalışıram. Bəzi traslar bizə daha uyğun gəlir, bəziləri isə daha az. Mümkündür ki, Sinqapur trası bizə o qədər də uyğun gəlməsin. Əgər qazanacağıq – demək qazanacağıq, əla. Əgər yox – demək yox. Həyat bununla bitmir”







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”