- Formula-1
- 15:57 06.12.2025
“Haas” komandasının rəhbəri Ayao Komatsu təsdiqləyib ki, sabiq “Red Bull” rəhbəri Kristian Horner ABŞ komandasında işləməkdə maraqlı olub.
90deqiqe.Az xəbər verir ki, "RacingNews365" funskionerin dediklərini belə çatdırıb.
“Bəli, bu doğrudur ki, o, bizə müraciət etdi və daha sonra komandamızın bir üzvü onunla tanışlıq görüşü keçirdi. Amma bununla da iş bitdi, bundan sonra heç nə olmayıb. Bu barədə mənim deməyəcəyim başqa bir şey yoxdur. Yazın istədiyinizi. Mən bu hekayəni gücləndirmirəm”,
Xatırladaq ki, əvvəlcə xəbər verilmişdi ki, Horner komandanın tam nəzarəti olmadan Formula 1 komandası rəhbəri olmaq istəmir. Britaniyalı mütəxəssis sadəcə menecer funksiyası ilə kifayətlənmək və sahiblərinə tabe olmaq istəmir. Komandanın funksioneri hesab edir ki, bu cür təsir səviyyəsi uğurun əldə olunmasında açar rol oynayır.