29 yanvar 2026. Cümə axşamı

"Red Bull" Alex Albonu komandaya qaytarmaq istəyir


  • Formula-1
  • 23:40 02.10.2025
  • Oxunma sayı: 179
"Red Bull" Alex Albonu komandaya qaytarmaq istəyir

“Red Bull”un həmtəsisçisi Çaleo "Red Bull GmbH"nın əsas səhmdarı, avstriyalı komandaya tayland-britaniyalı pilot Alex Albonu qaytarmaq niyyətindədir.

90deqiqe.Az-ın "Motorsport"a istinadən məlumatına görə, Yuvidiya şəxsi vəsaiti hesabına Albonun “Uilyams” komandası ilə müqaviləsinin vaxtından əvvəl pozulması üçün cəriməni ödəməyə hazırdır.

Albonun “Uilyams”la mövcud müqaviləsi 2027 mövsümünün sonuna qədər etibarlıdır.

Əvvəlki xəbərlərə görə, “Red Bull” mövsümlərarası dövrdə Albonu geri komandaya cəlb etməyə çalışmış, lakin pilot razılıq verməmişdi.

Qeyd edək ki, Albon 2019-2021-ci illərdə “Red Bull” komandasında çıxış edib.







Formula-1