- Formula-1
- 15:57 06.12.2025
“Ferrari” komandasının pilotu Şarl Lekler Sinqapur Qran-Prisinin ikinci məşqi zamanı “Maklaren”in sürücüsü Lando Norris ilə baş vermiş insident barədə açıqlama verib.
90deqiqe.Az-ın "Crash"ə istinadən məlumatına görə, 27 yaşlı futbolçu bildirib ki, qarışıqlıq “Maklaren” pilotlarının eyni anda pitdən çıxması səbəbindən yaranıb:
“Hadisəni analiz etdim və mexaniklə danışdım. Görünür, o hesab edirdi ki, onlar daha yavaş çıxacaqlar, buna görə də mənə dayanmam lazım olduğuna dair xəbərdarlıq gəlmədi. Pitdən çıxarkən komandaya güvənirsən, amma belə hallar bəzən baş verir. Üstəlik, qırmızı bayraqlar səbəbindən hər kəs trasda mümkün qədər dövrə vurmağa çalışırdı. Bu bir neçə amilin nəticəsi idi. Heç kəs belə halların baş verməsini istəmir, amma bəzən olur”