- Formula-1
- 15:57 06.12.2025
“Ferrari”nin 40 yaşlı britaniyalı pilotu Luis Hemilton komanda yoldaşı Şarl Lekler ilə Bakıdakı Azərbaycan Qran-Prisində baş verən hadisəni müzakirə etdiyini açıqlayıb.
90deqiqe.Az-ın "RacingNews365"ə istinadən məlumatına görə, yarışın sonlarına yaxın Hemiltona Lekleri ötməyə icazə verilib ki, önündəki pilotlara hücum etsin. Lakin britaniyalı sürücü finişə qədər mövqeyini geri qaytara bilməyib.
“Şarl ilə danışdım. Hər şeyi aydınlaşdırdıq və belə halların təkrarlanmaması üçün komanda daxilində kommunikasiya üzərində işləməyi müzakirə etdik. Bu, bir daha olmayacaq”.
Qeyd olunur ki, söhbət Sinqapur Qran-Prisindən öncə baş tutub.