- Formula-1
- 15:57 06.12.2025
“Red Bull”un avtosport üzrə müşaviri Helmut Marko “Maklaren” pilotu Lando Norrisin Sinqapur Qran-Prisinin kvalifikasiyasının sonunda trayektoriyanı vaxtında boşaltmayaraq Maks Verstappenin çıxışına mane olması barədə sərt tənqidlər səsləndirib.
90deqiqe.Az xəbər verir ki, "Sky Sports" Markonun dediklərini belə çatdırıb.
“Hər şey çox sıx keçirdi, bunu gözləyirdik. Amma Norrisin hərəkəti başa düşüləsi deyil. O, Maksı son iki döngədə tamamilə blokladı. Norrisin orada heç bir nəticə əldə etməsi mümkün deyildi, buna görə də bunu anlaya bilmirəm. Ümid edirəm ki, o, sadəcə güzgülərinə baxmayıb. Bilmirəm, bunu qəsdən etsəydi, necə olardı.”