6 dekabr 2025. Şənbə

FİA stüardları Luis Hemiltonu cəzalandırmadı


  • Formula-1
  • 22:06 04.10.2025
  • Oxunma sayı: 117
FİA stüardları Luis Hemiltonu cəzalandırmadı

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) stüardları Sinqapur Qran-Prisinin üçüncü məşqində baş verən insidentlə bağlı 40 yaşlı britaniyalı pilot və yeddiqat Formula-1 çempionu Luis Hemiltonu cəzalandırmamağa qərar verib.

90deqiqe.Az-ın məlumatına görə, qırmızı bayraq şəraitində, Liam Loüsoun (“Racing Bulls”) səbəb olduğu dayanma zamanı, Hemilton pit-leynə daxil olarkən sürətini azaltmayıb. Stüardlar Hemiltonu və komandadan nümayəndəni dinlədikdən sonra mövqe/ video məlumatları, vaxt ölçümləri, telemetriya, komanda radiosu və avtomobilin içindəki görüntüləri nəzərdən keçirərək qərar qəbul ediblər.

Stüardlar qeyd ediblər ki, Hemilton daha yavaş gedə bilərdi, lakin onun sürücülük hərəkətlərində təhlükə yaratmağa yönəlmiş hər hansı bir faktor müşahidə olunmadığı üçün Britaniyalının cəzalandırılmamasına qərar verilib.







Formula-1

"Biz həmişə onun yanındayıq”
  • Formula-1
  • 13:25 03.12.2025
"Biz həmişə onun yanındayıq”